AUT.AZ

14 yaşlı uşaq debüt oyununda fərqləndi – VİDEO

MLS Next Pro (əvəzedici liqa) çərçivəsində baş tutan “Filadelfia Union” – “Nyu İnqland Revoluşon” matçında (2:1) maraqlı hadisə baş verib..

Aut.az xəbər verir ki, meydan sahiblərinin heyətində Keyvan Sallivan peşəkar futbolda debüt edib və fərqlənib. Onun diqqət mərkəzinə düşməsinin səbəbi 14 yaşında olmasıdır.

Matçın 56-cı dəqiqəsində meydana daxil olan yeniyetmə yarımmüdafiəçi 81-ci dəqiqədə qələbə qolunu vuran Sal Olivasa assistentlik edib.

Qeyd edək ki, Keyvan Sallivan “Mançester Siti”nin gələcək futbolçusu hesab edilir. “Şəhərlilər” artıq AŞB klubu  ilə keçidlə bağlı razılığa gəliblər. Lakin bunun transferin dəqiq nə vaxt baş tutacağı hələlik məlum deyil. Böyük ehtimalla “Siti” oyunçunun 18 yaşı tamam olana qədər gözləməli olacaq.

Aut.az

Exit mobile version