AUT.AZ

Torres “Enfild”ə qayıtdı, qol vurdu – VİDEO

Martın 23-də “Enfild”də “Liverpul” və “Ayaks”ın əfsanələri arasında qarşılaşma baş tutub.

Aut.az xəbər verir ki, oyun “Liverpul”un qələbəsi ilə yekunlaşıb – 4:2.

Qarşılaşmaya Stiven Cerrard, Fernando Torres, Yari Litmanen, Dirk Kuyt və başqaları kimi ulduzlar qatılıb. İngiltərə komandası matçda 1:2 hesabı ilə geridə osa da, Əl Zhar və Torresin qolları sayəsində möhtəşəm geri dönüş edib.

Bu matçda “Liverpul”un baş məşqçisi ölümcül xərçəng diaqnozu qoyulan Sven-Yoran Eriksson olub .

“Liverpul”: Dudek, Kvarme, Skrtel, Agger, Aurelio, Maxi Rodriguez, Sissoko, Spiring, Babel, Cerrard, Torres.

“Ayaks”: Gentenaar, van Rijn, Lindenberq, de Zeeuw, Emanuelson, Litmanen, Henault, van der Vaart, Tahamata, Sim de Yonq, Burriqter.

 

Exit mobile version