AUT.AZ

Qorxunc etiraf: Onların sonuncusu A seriyasının çempionundan çox qazanır

“Yuventus” rəhbərliyi etiraf edib ki, klub indi ən yaxşı oyunçular uğrunda təkcə yüksək səviyyəli komandalarla deyil, Premyer Liqanın orta ranqlı komandaları ilə də mübarizə apara bilmir.

Turin klubunun gəlirlər üzrə direktoru Françesko Kalvo İngiltərə çempionatı ilə A seriyası arasındakı nəhəng boşluqdan şikayətlənib.

“Yuventus”un oyunçuları Avropanın ən yaxşı komandalarına və ya Premyer Liqanın ortabablarına keçə bilərlər. İngiltərə çempionatının sonuncu komandasının A Seriyasının çempionundan daha çox qazandığını söyləmək qorxuludur. Yalnız bir yüksək liqa var – İngiltərə. Sonrakı yerlərdə İspaniya, İtaliya, Fransa və Almaniyadır.

İtaliya klublarının digər Avropa klublarından fərqli olaraq uzun illərdir ki, yeni stadionlara sərmayə qoymaması utancvericidir”, – Kalvo deyib.

Aut.az

Exit mobile version