AUT.AZ

Mbappe son nöqtəni qoydu: Artıq heç kim mənimlə danışmır

PSJ-nin hücumçusu Kilian Mbappe Paris komandasındakı gələcəyi barədə danışıb.

Aut.az xəbər verir ki, o, bildirib ki, klub artıq onun gələcəyini müzakirə etmir. “Téléfoot-a verdiyi müsahibədə Mbappe gələcəyi ilə bağlı qeyri-müəyyənliyin azaldığını və vəziyyətinin bu yay Almaniyada keçiriləcək Avropa Çempionatı ərəfəsində aydın olacağını söyləyib:

“İnsanlar Avro-2024-ə hər şeydən xəbərdar olacaqlar. Çempionata rahatlıqla yollanacam. Mən artıq sakitəm. Bu, artıq klubda müzakirə mövzusu belə deyil. Heç kim mənimlə bu barədə danışmır. Burada heç bir narahatlıq yoxdur”.

Qeyd edək ki, fransalı futbolçunun karyerasını “Real”da davam etdirəcəyi gözlənilir.

Aut.az

Exit mobile version