AUT.AZ

“İnter”in sahibi uduzdu: 320 milyon avro ödəməlidir

Milanın Apellyasiya Məhkəməsi “İnter”in sahibi Stiven Canqdan böyük məbləğdə təzminat almaq barədə qərarı qüvvədə saxlayıb.

Aut.az “Corriere dello Sport” istinadən xəbər verir ki, Canq Çin İnşaat Bankına 320 milyon avro məbləğində vəsait ödəməyə borcludur.

Honkonqda Chanq ilə bağlı məhkəmə prosesi 2022-ci ildə başa çatıb. İndi bu qərar İtaliyada qüvvəyə minib, ona görə də Chanq çətin ki, “İnter”in ev oyunlarında iştirak edə bilsin.

Mətbuatda yayılan xəbərlərə görə, əvvəllər Amerikanın “Oaktree Capital” şirkətindən kredit götürən “İnter” də borcludur. İndi bu konkret investisiya fondu, tərəflər borcun ödənilməsi şərtlərində güzəştə getməsələr, klubun səhmlərinin 68%-ni ala bilər.

Aut.az

Exit mobile version