AUT.AZ

Görün “Bavariya”nın ulduzu Premyer Liqada kimə azarkeşlik edir

“Bavariya”nın və Kanadanın yığmasının müdafiəçisi Alfonso Deyvis İngiltərədəki sevimli futbol klubunun adını çəkib.

“Böyük Britaniyada kimə azarkeşlik edirəm? Mən uşaqlıqdan “Çelsi”nin oyununa baxmışam, ona görə də “aristokratam”, – “Sportskeeda” kanadalı futbolçunun sözlərini sitat gətirib.

Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatır. “Sport.es”-in məlumatına görə, Münhen klubu 23 yaşlı futbolçuya illik 14 milyon avro maaş təklif edir, lakin Deyvis illik 20 milyon avro istəyir. Deyvis üçün əsas namizəd “Real”dır.

Bu mövsüm 23 yaşlı müdafiəçi 31 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt saytı oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.

Aut.az

Exit mobile version