AUT.AZ

Avro-2024-də ilk yaşanacaq: Gürcülər bunu edə bilməsə…

Bu il Almaniyada keçiriləcək Avropa çempionatı tarixdə bir dənə də debütant iştirakçının olmayacağı ilk yarış ola bilər.

Aut.az xəbər verir ki, Avropa çempionatı 1960-cı ildən keçirilir. Bundan sonra baş tutan hər bir turnirdə final mərhələsinə vəsiqə ilk dəfə qazanan ən azı bir komanda olub.

Hazırda Avro-2024-də çıxış edəcək 21 komanda məlumdur və martın 26-da pley-off mərhələsində turnirə daha üç vəsiqə sahibi müəyyənləşəcək. Bu üç bilet Uels – Polşa, Ukrayna – İslandiya və Gürcüstan – Yunanıstan görüşlərinin qaliblərinə veriləcək.

Avro-2024-də qalan üç yerə iddialı altı ölkə arasında yalnız Gürcüstan heç vaxt Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmayıb. Ona görə də Avro-2024-ün tarixdə debütantsız ilk Avropa çempionatı olmasının yeganə şərti Yunanıstanın Gürcüstan üzərində qələbəsidir.

Aut.az

Exit mobile version