AUT.AZ

Ağlasığmaz məbləğ: Əmindir ki, revanş olacaq

Promouter Frank Uorren əmindir ki, müştərisi Tayson Fyuri Aleksandr Usiklə iki döyüş keçirəcək.

Aut.az xəbər verir ki, Frankın fikrincə, heç bir boksçu revanş üçün nəzərdə tutulan puldan imtina edə bilməyəcək.

“Hər ikisi külli miqdarda pul alacaq. İlk döyüşdə kim uduzsa, müqavilədəki məbləğləri nəzərə alaraq, mütləq revanş variantını aktivləşdirəcək. Çoxlu pul”, – Uorren bildirib.

İlk döyüş fevralın 17-də keçirilməli idi, lakin Fyurinin zədəsi səbəbindən mayın 18-nə təxirə salınıb.

Aut.az

Exit mobile version