AUT.AZ

Yaponların ittihamına cavab verdi

2018-2023-cü illərdə “Vissel Kobe” klubunda çıxış edən “Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta Yaponiyada 3,5 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunmasına münasibət bildirib.

“2018-ci maliyyə ilində mən qüvvədə olan daxili qaydalara uyğun olaraq İspaniyada gəlir vergisi bəyannaməsi təqdim etdim. 2021 və 2022-ci illərdə Yaponiya Vergi İdarəsi mənim vergi rezidentliyimi müzakirə etmək üçün yoxlamaya başladı və nəticədə mənim 2018-ci ilin bir hissəsi üçün Yapon vergi rezidenti olduğum məlum oldu. Bu yoxlamanın borcu faktiki olaraq ödənilib.

Bu dövr üçün gəlir ağır ikiqat vergitutmaya məruz qalmışdı, buna görə də mən İspaniya və Yaponiya arasında ikiqat vergi haqqında müqavilədə nəzərdə tutulmuş dostluq prosedurunun başlanmasını xahiş etdim.

Hazırda bu prosedur davam edir və ümid edirik ki, hər iki tərəfin əldə etdiyi razılaşmaya uyğun olaraq vəziyyət tezliklə həll olunsun ki, artıq ödənilmiş vergiləri mənə qaytarsınlar.

Prosesin davam etdiyi müddətdə dərc edilmiş məlumatlara hörmət və diqqət tələb edirəm. Mən həmişə qanunlara və mövcud qaydalara uyğun hərəkət etmişəm və hərəkət edəcəyəm”, – “Cadena Ser” İnyestanın sözlərini sitat gətirib.

Daha əvvəl ispaniyalı futbolçunun “Vissel Kobe”də çıxış edərkən gəlirlərini bəyan etmədiyi bildirilirdi. Vurğulanır ki, İnyesta Yaponiyada çıxış etdiyi 5 il ərzində təxminən 5,2 milyon avro məbləğində bəyan olunmamış gəliri gizlədib.

Aut.az

Exit mobile version