AUT.AZ

Orada qərar tutmur, qayıtmaq istəyir

“Real”ın sabiq yarımmüdafiəçisi Xames Rodriges planlarından danışıb.

Aut.az xəbər verir ki, hazırda Braziliyanın “San Paulu” klubunda çıxış edən 32 yaşlı futbolçu karyerasını İspaniya çempionatında davam etdirmək istədiyini açıqlayıb.

“Ümid edirəm ki, gələcəkdə La Liqaya qayıdacağam. Bu, həmişə yarışmaq istədiyim çempionatdır”, – Rodriges etiraf edib.

Xames Rodriqes 2014-2020-ci illərdə “Real Madrid”də çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 125 matçda iştirak edib, 37 qol vurub, 42 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçinin “San-Paulu” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az

Exit mobile version