AUT.AZ

Onu təhqir edən şəxslər tapıldı, məhkəməyə verildi

Braziliya millisinin və “Real”ın cinah oyunçusu Rodriqo Qoes sosial şəbəkələrdə onu təhqir edənlərə qarşı hansı addımı atdığını deyib.

“Sosial şəbəkələrdə bir çox argentinalılar tərəfindən şifahi təhqirlərə məruz qaldım (söhbət 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 6-cı turunun Argentinanın Braziliyaya 1:0 hesabı ilə qalib gəldiyi matçdan gedir – red.). Çox acınacaqlı bir vəziyyət idi və mənə təsir etdi.

Çox üzüldüm. Amma mənə təhqirlərin göndərildiyi bütün profilləri izlədik. Görünür, onların sayı çox idi. Onlar son bir neçə gündə məhkəmə iddiaları alanda qorxurdular. İnsanlar sosial şəbəkələrdə istədiklərini yaza biləcəklərini düşünürlər”, “Madrid Universal” “X” sosial şəbəkəsində Rodriqonun sözlərini sitat gətirib.

Aut.az

Exit mobile version