AUT.AZ

“Mənə “pis oğlan” deyin, amma dərimin rənginə…”

“Atletik Bilbao”nun cinah oyunçusu İnyaki Uilyams müasir futbolda irqçilik problemindən danışıb.

“Mənə pis oğlan deyin, oyunumu bəyənmədiyinizi deyin. Amma mənim dərimin rəngimə və başqa şeylərə toxunmayın. Belə davranışa sıfır dözümlülük olmalıdır”, – deyə Uilyams “X” sosial şəbəkəsində bildirib.

Xatırladaq ki, bu mövsüm Uilyams bütün turnirlərdə 30 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Aut.az

Exit mobile version