AUT.AZ

İllik 8 milyon avro məvacibə razılaşmadı

“Yuventus”un hücumçusu Duşan Vlahoviç Turin klubunun təklif etdiyi illik 8 milyon avroluq yeni müqavilədən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi olan serbiyalı oyunçu bu göstəricidə “İnter”in hücumçusu Lautaro Martinezlə bərabər olmaq üçün yenilənmiş müqaviləyə əsasən ildə 10 milyon avro qazanmaq istəyir.

“Yuventus”un bəzi rəhbərlərinin 24 yaşlı futbolçuya bu qədər pul ödəməyə qarşı olduğu vurğulanır.

Xatırladaq ki, bu mövsüm Vlahoviç bütün turnirlərdə 27 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.

Aut.az

Exit mobile version