AUT.AZ

Direktor gedəcəyini elan etdi

“İİnter”in baş direktoru Cüzeppe Marotta 2027-ci ilin yayında, hazırkı müqaviləsi bitdikdən sonra klubu tərk edəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, 66 yaşlı funksioner deyib: “İnter”lə müqaviləm başa çatdıqdan sonra klubdan ayrılacam və yalnız gənclər futbolu ilə məşğul olacağam”.

Marotta 2018-ci ilin dekabrından “İnter”in baş direktorudur. O, əvvəllər “Yuventus”, “Sampdoriya” və bir sıra digər İtaliya klublarında oxşar vəzifədə çalışıb.

Aut.az

Exit mobile version