AUT.AZ

Bu klubun 5 azarkeşi həbs olundu

Hüquq-mühafizə orqanları İspaniya kubokunun yarımfinal mərhələsinin “Atletik” – “Atletiko Madrid” matçında (3:0) iğtişaşlar törədən 5 azarkeşi həbs edib.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mənbənin sözlərinə görə, bu fanatlar “Atletiko” azarkeşlərinə hücum etmək, onlara xəsarət yetirmək, hədə-qorxu gəlmək və binalara ziyan vurmaqda ittiham olunurlar.

Hazırda 5 nəfər polis bölməsindədir və onlar işlərinin məhkəməyə çatdırılmasını gözləyirlər. Yeni həbslərin mümkün olduğu vurğulanır.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun Bilbao klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, iki görüşün cəminə əsasən,  4:0 hesabı ilə qalib gələn “Atletik” “Malyorka” ilə qarşılaşacağı Kral Kubokunun finalına yüksəlib.

Qarşılaşma aprelin 6-da baş tutacaq.

Aut.az

 

Exit mobile version