AUT.AZ

Maldininin oğlu bu ölkənin yığmasında oynaya bilər

Hazırda ” Monza”da icarə əsasında çıxış edən “Milan”ın yarımmüdafiəçisi Daniel Maldini Venesuela millisinin futbolçusu ola bilər.

Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Əfsanəvi Paolo Maldininin oğlunun İtaliya millisinə düşməsi çətin olacaq. Eyni zamanda Danielin anası Adriana Fossa Venesueladandır və bu, kiçik Maldiniyə Venesuela pasportu almağa imkan verəcək. 22 yaşlı yarımmüdafiəçi İtaliya millisində oynamayıb.

Bu mövsüm Daniel Maldini “Monza”nın heyətində bütün turnirlərdə 13 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version