AUT.AZ

“Frayburq” ona tapşırılacaq – Təcrübəsizdir

38 yaşlı Yulian Şuster mövsümün sonunda “Frayburq”un baş məşqçisi olacaq.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Şuster futbolçu karyerasının böyük hissəsini “Frayburq”da keçirib və 2018-ci ilin yayında butslarını mıxdan asıb. O vaxtdan bəri klubda istedadların inkişafı üzrə koordinator kimi çalışıb.

Şuster “Frayburq”un baş məşqçisi kimi 2011-ci ilin dekabrından komandada işləyən Kristian Streyxi əvəz edəcək.

Bu mövsüm “Frayburq” Bundesliqada 9-cu yerdə qərarlaşıb.

Aut.az

Exit mobile version