AUT.AZ

UFC-nin rəhbəri onu aldadıb? – Başqalarına da edəcəklər

Keçmiş yüngül ağır çəkidə UFC çempionu Kuinton “Rempeyc” Cekson (38-14) liqa rəhbəri Dana Uaytı yalan söyləməkdə ittiham edib.

Aut.az xəbər verir ki, UFC 114 turnirində sonra təşkilat rəhbərinin ona baxış sayına görə ödəniş etmədiyini söyləyib:

“Danaya əsəbləşməyimun səbəblərindən biri odur ki, müqaviləmə görə, əgər baxış sayına görə 1 milyondan çox qazanc olubsa, mənə də pul ödənməli idi. Raşad Evans arasındakı mübarizədə bu həddi aşdım. Uayt mənə dedi ki, siz təxminən 900 min, yəni bir milyona qədər pul yığdınız. Ancaq sonra mətbuatda 1 milyondan çox satdığını dedi.

“Dediklərinizin əvəzini mənə ödəyin”  deyə ona bildirdim. Bunun tanıtımın bir hissəsi olduğunu bildirdi.  Bu mənə maraqlı deyil. Nə təbliğ edirsənsə, mənə pul ödəməlisən. Ağzımda pis bir dad buraxan da budur.

Bəzən insanlar sizə qiymət verməyəndə idmana olan sevginizi itirirsiniz. MMA-dan uzaqlaşmağımın səbəbi budur. Əgər bunu mənə ediblərsə, əminəm ki, digər döyüşçülərə də edəcəklər .

Exit mobile version