AUT.AZ

Söz verdi, əməl etmədi: Səbəbi nədir?

İkinci orta çəkidə mütləq dünya çempionu, meksikalı Saul Alvares (60-2-2, 39 KO) həmyerliləri ilə heç vaxt döyüşməyəcəyi ilə bağlı sözünü tutmamasına münasibət bildirib.

Aut.az xəbər verir ki, o, həmyerlisi Xayme Munquia ilə döyüşmək fürsətini əldən vermək istəmədiyini bildirib:

“Bəli, meksikalılarla döyüşmək istəmədiyimi söyləmişdim. Amma Munqia kimi hörmətli idmançı bu döyüşü qazanmağa layiq idi. Bu görüşü təşkil edə bildiyimiz üçün şadam. Mənim üçün bu, böyük qürur mənbəyidir. Çünki bizim qarşıdurmamızı bütün Meksika izləyəcək. Munqianın əldə etdikləri ilə fəxr edirəm”.

Exit mobile version