AUT.AZ

Skolari istefa verdi

“Atletiko Mineyro”nun baş məşqçisi Luiz Felipe Skolarinin postundan istefa verib.

Aut.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirlir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Mütəxəssis 2023-cü ilin yayında kluba rəhbərlik edirdi. Təcrübəli mütəxəssisin rəhbərliyi altında komanda 41 oyun keçirib (19 qələbə, 10 heç-heçə və 12 məğlubiyyət).

Exit mobile version