AUT.AZ

Ronaldonu MY tarixinin ən yaxşı oyunçusu adlandırdı

“Mançester Yunayted”in yeni həmsahibi Cim Ratkliff “Mançester Yunayted” tarixinin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Aut.az xəbər verir ki, o, seçimini Kriştiano Ronaldodan yana edib:

“”Yunayted” tarixinin ən yaxşı oyunçusu? Bəlkə də Ronaldo. Bobbi Çarltonu bir az xatırlayıram. O, açıq-aydın “Mançester Yunayted”in əfsanəsi idi. Amma bir dəfə Aleks Ferqyusondan indiyə qədər çalışdırdığı ən yaxşı oyunçunun kim olduğunu soruşdum. O, Ronaldo dedi.

Corc Best isə yəqin ki, indiyə qədər gördüyüm ən istedadlı futbolçu idi”.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-2009-cu illərdə və 2021-2022-ci illərdə “Mançester Yunayted”də çıxış edib və “mankunianlar”la 9 titul qazanıb.

Aut.az

Exit mobile version