AUT.AZ

Prezident açıqladı: “Real” Mbappe və daha çoxunu ala bilər

La Liqanın rəhbəri Xavyer Tebas “Real”ın PSJ-nin hücumçusu Kilian Mbappeni transfer istəyi barədə danışıb.

Aut.az xəbər verir ki, funksioner Madrid klubunun parislilərlə müqaviləsi yayda başa çatacaq futbolçu ilə artıq razılığa gəldiyini vurğulayıb:

“”Real” Mbappe və daha çoxunu almaq üçün maliyyə feyr-pleyi ilə yaxşı işləyir. Mbappe ilə hansı məbləğdə razılaşdıqlarını bilmirəm. Əminəm ki, onlarda hər şey hazırdır. “Real” haqqında yazan jurnalistlər də buna mümkün qədər arxayındırlar.

Premyer Liqa Mbappenin çıxış edə biləcəyi başqa bir liqadır. Lakin onların klubları hələ maliyyə feyr-pleyi ilə ilə məşğul olmayıblar. Biz bunu yanvar pəncərəsində gördük.

Ona görə də Mbappe İspaniyaya gəlməlidir. Bu ölkədə onun keçə biləcəyi yeganə klub “Real”dır”.

Exit mobile version