AUT.AZ

Premyer Liqanın ən çox maaş alan futbolçuları kimlərdir?

“L’Equipe” nəşri İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların reytinqini dərc edib.

Aut.az xəbər verir ki, “dumanlı albion”da ən yüksək aylıq məvacibi (2,02 milyon avro) “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne alır.

Reytinqincisi onun komanda yoldaşı Erlinq Haalanddır – 1,9 milyon avro. Üçüncü və dördüncü yerləri “Liverpul”un hücumçusu Məhəmməd Salah və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro (1,77 milyon avro) bölüşürlər.

Beşinci sırada “Mançester Yunayted”in müdafiəçisi Rafael Varan (1,72 milyon avro) qərarlaşıb.

Exit mobile version