AUT.AZ

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

Parisin ev sahibliyi edəcəyi 2024-cü il Olimpiya Oyunlarının məşəli aprelin 16-da qədim Olimpiya şəhərində (Yunanıstan) alovlandırılacaq.

Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytı məlumat yayıb.

Olimpiya məşəlinin ilk olaraq Yunanıstan ərazisindən keçəcəyi və aprelin 26-da oyunların simvolunun Afinaya çatacağı dəqiqləşib. Ölkənin paytaxtında Fransa nümayəndə heyətinə təhvil veriləcək. Növbəti gün alov üç dirəkli Belem gəmisi ilə Marselə gedəcək. Onun mayın 8-də orada olacağı gözlənilir.

Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Exit mobile version