AUT.AZ

“Messi heç vaxt Ronaldo ilə rəqabətə meylli olmayıb”

“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike keçmiş komanda yoldaşı Lionel Messi barədə maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o argentinalı superulduzun əzəli rəqibi Kriştiano Ronaldo ilə rəqabətə bağlı olub-olmadığı ilə bağlı sualı cavablandırıb:

“Messi o cür insan deyil. O, həmişə qəzetlərin ön səhifəsində, radio və televiziyada olmasına baxmayaraq, daha çox komandaya köklənirdi. Leo hamımıza çox yaxın idi və bütün diqqətini titullar qazanmağa yönəldirdi. Buna görə də o, ən yaxşı idi. “Qızıl top”u qazanırdı. Lakin bu onun üçün prioritet deyildi”.

Exit mobile version