AUT.AZ

La Liqada ən çox maaşı bu futbolçular alır

“L’Equipe” nəşri İspaniya La Liqasında ən yüksək maaş alan futbolçuların reytinqini dərc edib.

Aut.az xəbər verir ki, ən çox qazanan “Real”ın müdafiəçisi David Alabadır. Onun aylıq məvacibii 1,88 milyon avrodur. İkinci yerdə “Barselona”nın hücumçusu Robert Levandovski qərarlaşıb – 1,87 milyon avro.

Aylıq 1,67 milyon maaşla üçüncü yeri dörd futbolçu bölüşür: Vinisius Junior, Cud Bellinqem (hər ikisi “Real”), İlkay Gündoğan (“Barselona”) və Yan Oblak (“Atletiko” ).

Exit mobile version