AUT.AZ

Həbs olunan futbolçunun vəkilləri apellyasiya şikayəti verdi

“Mançester Siti”, “Real”, “Milan” və Braziliya millisinin sabiq hücumçusu Robinyonun vəkilləri futbolçunun Braziliyada həbs olunması qərarından apellyasiya şikayəti verib.

Aut.az xəbər verir ki, bir gün əvvəl vətəni Braziliyada Robinyonun İtaliyanın tələbi ilə 9 il müddətinə azadlıqdan məhrum edildiyi məlum olub. Keçmiş futbolçu 2013-cü ildə alban qızının qrup şəklində zorlanmasına görə belə bir cəza alıb.

2022-ci ilin yanvarında Robinyonun müdafiə tələbi rədd edilib və həmin ilin fevralında İtaliya keçmiş futbolçu üçün beynəlxalq həbs qərarı verib.

Robinyonun müdafiə komandası indi müştərisinin dərhal həbs olunmaması üçün Braziliya Ali Məhkəməsinə müraciət edib. Vəsatətdə vəkillər Ali Məhkəmənin 9 il həbs cəzası ilə bağlı qərarının dayandırılmasını istəyiblər.

Aut.az

Exit mobile version