AUT.AZ

Benzema görün nə istəyir: Niyə də olmasın?

“Əl-İttihad”ın 36 yaşlı hücumçusu Kərim Benzema Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakını istisna etməyib.

Aut.az xəbər verir ki, “Olimpiada? Niyə də olmasın? əlbəttə ki, bu əla olar”, – deyə fransalı futbolçu “L’Equipe”-ə açıqlamasında deyib.

Xatırladaq ki, Olimpiya turnirində yaşı 23-dən yuxarı olmayan futbolçular iştirak edə bilər. Lakin reqlamentə əsasən, hər bir iştirakçı öz ərizəsinə yaş məhdudiyyəti olmayan üç oyunçu adı daxil edə bilər.

Qeyd edək ki, Kərim millidə sonuncu dəfə 2022-ci ilin iyununda Xorvatiya ilə Millətlər Liqası oyununda çıxış edib.

Exit mobile version