AUT.AZ

Azarkeşlər irqçilik etməkdə ittiham edilən futbolçuya dəstək oldular

“İnter”in fanat hərəkatı olan “Curva Nord” maraqlı addım atıb.

Aut.az xəbər verir ki, çılğın azarkeş qrupu “nerazzurri”nin müdafiəçisi Françesko Açerbiyə “Napoli”nin müdafiəçisi Xuan Xesusa qarşı irqçi təhqirlə bağlı insident fonunda dəstək verib.

“Artıq bir neçə gündür ki, Xuan Xesusu oyunçularımızdan birinin irqi zəmində təhqir edilməsi ilə bağlı xəbər qəzetlərdən, televiziyalardan və sosial şəbəkələrin gündəmindən düşmür. Meydanda nə deyildiyini bilmirik, amma Françeskonu tanıyaraq onun dodaqlarından belə sözlərin çıxdığına şübhə edirik. Xərçənglə mübarizə aparıb qalib gələn insandır, az sözlüdür və özünü həmişə ciddi peşəkar kimi göstərib.

Qeyd edək ki, irqçilik qalmaqalı səbəbindən Françesko Açerbi İtaliya millisinin qarşıdakı yoldaşlıq görüşləri üçün heyətindən kənarlaşdırılıb.

Exit mobile version