AUT.AZ

“Real”dan gedəcək: Əsas heyətdəki yerini itirsə

PAMPLONA, SPAIN - MARCH 16: Dani Carvajal of Real Madrid celebrates 1-2 wit Fede Valverde of Real Madrid Rodrygo Goes of Real Madrid Brahim Diaz of Real Madrid during the LaLiga EA Sports match between Osasuna v Real Madrid at the El Sadar Stadium on March 16, 2024 in Pamplona Spain (Photo by David S. Bustamante/Soccrates/Getty Images)

PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a potensial transferi ilə komandanın hücumçu Rodriqo Qoesin mövqeyi sarsıla bilər.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal” və “Liverpul” bu fürsətdən yararlanmağa hazırdır. Bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Rodriqo qeyri-sabit oyununa görə start heyətində yerini Mbappeyə təhvil verə biləcək ilk namizəddir. Madrid klubu brazıliyalı futbolçunu “toxunulmaz” adlandırır. Lakin oyunçu özü əsas komandadakı yerini itirərsə, ayrılmaq qərarına gələ və klubunu dəyişə bilər.

Qeyd edək ki, 23 yaşlı Rodriqo 2019-cu ildən “Real”da çıxış edir. Bu mövsüm 41 matçda 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

Exit mobile version