AUT.AZ

Onun revanş döyüşü istəyəcəyinə inanmır

Ağır çəki dərəcəsində çempionluğa sabiq namizəd Dillian Uaytın (30-3, 20 KO) məşqçisi Buddi Makqirt hesab edir ki, Entoni Coşua (28-3, 25 KO) tələbəsi ilə revanş döyüşü istəməyəcək, çünki onun hazırda daha böyük döyüşlər keçirmək fürsəti var.

“Şəxsən mən inanıram ki, müxalifət nə qədər yaxşı olsa, Dillian da bir o qədər yaxşı çıxış edəcək. Uaytın kiminlə döyüşməsi mənim üçün önəmli deyil. Mən bir rəqib seçsəm, digərləri paxıllıq edə bilər. Beləliklə, həqiqətən bunun əhəmiyyəti yoxdur.

Düşünürəm ki, Entoni Coşua ilə revanş oyunu keçirmək əla olardı. Amma məncə, bu döyüş baş verəcəkmi? Yox. Mənə elə gəlir ki, Coşua bəlkə də Usik-Fyuri döyüşünün qalibi və ya Deontey Uaylderlə döyüşəcək”, – Makqirt “Boxing Social” YouTube kanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Uaytın Entoni Coşua ilə cavab döyüşü Dillianın sonradan bəraət aldığı “dopinq” işi səbəbindən baş tutmayıb. İlk döyüşdə Antoni vaxtından əvvəl qalib gəlib.

Martın 17-də Dillian Ueyt 3-cü raundda Kristian Hammeri məğlub edib.

Aut.az

Exit mobile version