AUT.AZ

O sərxoşdur: Belə insanı uşaqlara nümunə göstərmək olmaz

Kiyev “Dinamo”sunun və Ukrayna millisinin sabiq baş məşqçisi Yozef Szabo paytaxt klubunun keçmiş futbolçusu Artyom Milevski haqda danışıb.

“İndi Milevski haqqında hər gün yazırlar. O sərxoşdur! Niyə onun haqqında bu qədər yazırlar? Belə bir insanı uşaqlara nümunə göstərmək olmaz. Bəli, Artyom yaxşı futbolçu idi, amma başqa yol tutdu. Alkoqolizmdən xilas oldu – yaxşı! Ancaq onun haqqında daim yazmamalısan, diqqətə layiq olan daha layiqli insanlar var”, – Sabo deyib.

Daha əvvəl, 2023-cü ilin sentyabrında alkoqolla bağlı problemlərə görə xəstəxanaya yerləşdirilən Artyom Milevskinin yavaş-yavaş özünə gəlməyə başladığı və alkoqolizmdən müalicə aldığı barədə məlumatlar yayılıb.

Aut.az

Exit mobile version