AUT.AZ

Fransa basketbolunun Anlekası: Federasiya üstümə tüpürdü

“Zenit”in basketbolçusu Tomas Ertel Rusiyada oynadığı üçün Fransa millisindən uzaqlaşdırılmasına münasibət bildirib.

Futbolçu daha əvvəl dünya çempionatını buraxmışdı.

Aut.az xəbər verir ki, Ertel bu barədə “Deux Nuits Avec” YouTube kanalında bildirib.

“Düşünürəm ki, mən Fransız basketbolunun Anelkasıyam. İl yarım susdum, sosial şəbəkələrdə, Fransada televiziyada məni tənqid etdilər. Bəlkə də məni satqın hesab edirdilər. İl yarım ərzində Federasiya üstümə tüpürdü”, – Tomas deyib.

Qeyd edək ki, 2022-ci ildə Fransa federasiyası idmançılara xüsusi məktub imzalatdırıb. Orada göstərilir ki, basketbolçular Rusiya və Belarus klublarında oynasalar, milli komandaya çağırılmaya bilərlər. Ertel belə bir məktub imzalayıb.

Aut.az

Exit mobile version