AUT.AZ

Fələstin FİFA-dan tələb etdi: İsrailə qarşı sanksiyaları nəzərdən keçirin

Fələstin Futbol Federasiyası FİFA-ya növbəti konqresində İsrailə qarşı sanksiyalar məsələsinə baxılması tələbi ilə müraciət edib.

Aut.az xəbər verir ki, müvafiq məktubun mətnini italiyalı jurnalist Nima Rodsari X-də dərc edib. Fələstin tərəfi gündəliyə üç təklifin daxil edilməsini xahiş edir:

“İsrailin Fələstində, xüsusilə də Qəzzada törətdiyi hərəkətlər nəticəsində qanun pozuntuları ilə əlaqədar dərhal qüvvəyə minən İsrail klublarına və milli komandalarına qarşı müvafiq sanksiyaların qəbul edilməsi; İsrail Futbol Assosiasiyası (IFA) tərəfindən başqa bir assosiasiyanın – Fələstinin ərazisində yerləşən komandaların öz liqasına daxil edilməsində təzahür edən IFA-nın ayrı-seçkiliyə və irqçiliyə qarşı tədbir görməməsi ilə bağlı FİFA nizamnamələrinin pozulması dərhal aradan qaldırsın”.

Bundan əvvəl 12 Yaxın Şərq ölkəsi FİFA-nı Qəzza zolağında hərbi əməliyyatlara görə İsrailin bütün komandalarını yarışdan kənarlaşdırmağa çağırıb.

QEyd edək ki, FİFA-nın 74-cü Konqresi mayın 13-dən 17-dək keçiriləcək.

Exit mobile version