AUT.AZ

Dünya çempionu ABŞ klubu ilə danışıqlara başladı

“Milan”ın hücumçusu Olivye Jiru və MLS-də çıxış eədn “Los Anceles” klubu futbolçunun yayda transferi ilə bağlı danışıqlara başlayıb,

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

37 yaşlı fransalı futbolçunun İtaliya klubu ilə müqaviləsi iyunda başa çatır. Buna görə də o, növbəti komandasına pulsuz transferlə qoşulacaq.

Qeyd edək ki, DÇ-2018-in qalibi olan Jiru bu mövsüm 36 matçda iştirak edib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

Exit mobile version