AUT.AZ

“Bu döyüş boks üçün fantastikadır”

WBC-nin ağır çəkili kəmər sahibi Tayson Fyuri ağır çəkili əfsanəvi Mayk Taysonun bloger Ceyk Paula qarşı keçirəcəyi döyüş haqqında fikirlərini bölüşüb. 

Aut.az xəbər verir ki, o, bu görüş haqqında müsbət fikirdə olduğunu bildirib:

“Düşünürəm ki, bu, boks üçün fantastikdir. Bir əfsanəniz var, bir də “YouTube” boksçunuz var ki, o, bu idman növünə gəlib və uğur qazanıb. Onlara uğurlar, ikisi də bir ton pul qazanacaq.

Maykın 57 yaşı var, amma o, keçmiş ağır çəki kralıdır. Paul isə dolanmaq üçün kompüter oyunları oynayır və bir il əvvəl boksla məşğul olmağa başlayır. Bu olduqca bərabər döyüşdür. İnsanlar bunun cəfəngiyat olduğunu deyirlər. Amma əminəm ki, onlar bu döyüşə maraqla baxacaqlar”.

Qeyd edək ki, sözügedən döyüş iyulun 20-də Texasda keçiriləcək.

Exit mobile version