AUT.AZ

2 ildən sonra ilk döyüşünü keçirəcək

Qarışıq döyüş növləri üzrə braziliyalı döyüşçü, yüngül çəkidə keçmiş UFC çempionu Jose Aldo növbəti döyüşündə ABŞ təmsilçisi Conatan Martinezlə üz-üzə gələcək.

Aut.az xəər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.

Qarşıdurma mayın 5-də baş tutacaq. Döyüş Rio-de-Janeyroda (Braziliya) keçiriləcək UFC-301 turniri çərçivəsində baş tutacaq.

Aldo təşkilat çərçivəsində son döyüşünü 2022-ci ilin avqustunda UFC 278 turnirində keçirib. O, gürcü idmançısı Merab Dvalişvili ilə qarşılaşıb və hakimlərin yekdil qərarı ilə məğlub olub.

Martinezin sonuncu döyüşü ötən ilin oktyabrında həmyerlisi Adrian Yanezə qarşı olub. Rəqibini ikinci raundda texniki nokautla məğlub edib.

Exit mobile version