AUT.AZ

“Real” bəyanat yaydı

“Real”ın mətbuat xidməti 31 yaşlı qapıçı Tibo Kurtuanın bu gün, martın 19-da keçirdiyi məşq zamanı aldığı zədənin xarakteri ilə bağlı bəyanat yayıb.

“Bu gün aparılan testlərdən sonra Tibo Kurtuaya sağ dizində medial meniskisin cırılması diaqnozu qoyulub. Zədə bugünkü məşq zamanı baş verib. Futbolçunun vəziyyəti izləniləcək”, – “Real”ın rəsmi saytından verilən açıqlamada deyilir.

Xatırladaq ki, daha əvvəl məşhur jurnalist Fabritsio Romano Kurtuanın iki ay ərzində sağalacağını bildirmişdi. Qapıçının çarpaz bağ zədəsindən sağalmanın son mərhələsində olarkən zədələndiyi vurğulanıb.

Aut.az

Exit mobile version