AUT.AZ

“Qəbələ” MMA döyüşçüsü ilə müqavilə imzaladı

“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Ramin Sultanov arasında müqavilə imzalanıb.

Aut.az xəbər verir ki, idmançı ilə anlaşmanın müddəti 1 ili əhatə edir.

Sultanov yüngül çəkidə “Eagle FC” çempionudur. O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub.

Peşəkar karyerasına 2019-cu ildə başlayan idmançı indiyədək 10 döyüş keçirib. Onun hesabında 9 qələbə var.

Exit mobile version