AUT.AZ

Onun əfsanəvi üzüyü hərraca çıxarıldı – FOTO

“Los Angeles Lekers”in əfsanəsi Kobi Brayantın 2000-ci ildəki çempionluq üzüyünün nüsxəsi “Goldin.co”da hərraca çıxarılıb.

Aut.az xəbər verir ki, 2000-ci ildə çempionluq üzüyü Kobinin karyerasında ilk idi. Daha sonra onun dəqiq surətini çıxarıb atası Co Brayanta verdi.

Üzüyün çəkisinin təxminən 59,6 qram olduğu qeyd edilir. Ümumilikdə 40 brilyantla bəzədilib. Hərrac martın 30-da başa çatır. Hazırda lotun qiyməti 94 min dollardır.

Üzüyü satışa Co Brayantın ailəsinin təklif etdiyi bildirilir.

Qeyd edək ki, 1999/2000-ci il mövsümündə “Los Anceles” NBA finalında “İndiana Pacers” ilə qarşılaşıb. Seriya 4:2 hesabı ilə “Leykers”in xeyrinə başa çatıb.

Aut.az

Exit mobile version