AUT.AZ

Milli komandaya dövlət gerbindən istifadə etmək qadağan edildi

İsveçrənin buz üzərində hokkey üzrə milli komandasına qırmızı fonda ağ xaç təsvir olunmuş ölkənin milli gerbindən istifadə etmək qadağan edilib.

Aut.az xəbər verir ki, bunun üçün səlahiyyətli orqanlardan xüsusi icazə və Federal Əqli Mülkiyyət İnstitutuna (IGE) müraciət tələb olunur. Bu da federasiya tərəfindən edilməyib.

“Blick” nəşri cavab olaraq, zarafatla gerb əvəzinə pendirdən hazırlanmış şayba şəklində emblemdən istifadə etməyi təklif edib. Digər əyləncəli variant isə İsveç bayrağından istifadə təklifi idi.

“İsveçrə və İsveçi həmişə qarışdırırlar. Odur ki, gəlin birləşək, birgə variant formalaşdıraq. Və İsveçin lənəti götürülə bilər”, – deyə jurnalist Madlen Sieqrist qeyd edib.

Exit mobile version