AUT.AZ

Məşhur şərhçi qəflətən öldü

Məşhur şərhçi, jurnalist və “Eqrisi” futbol komandasının sahibi Vasili Utkin 52 yaşında dünyasını dəyişib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov öz Telegram kanalında məlumat verib.

“Ürəklə bağlı bir şey. Dəhşətli!” – Karpov Telegram kanalında yazıb.

Vasili Utkin 1990-cı illərin ortalarında NTV və NTV-Plus-un futbol şərhçisi, jurnalist və “Futbol Klubu” televiziya şousunun aparıcısı kimi şöhrət qazanıb. 2010-cu il sentyabrın 1-dən 2015-ci il avqustun 31-dək Utkin NTV-Plus idman kanallarının baş redaktoru vəzifəsində çalışıb.

Utkin 2004 və 2005-ci illərdə “Ən yaxşı idman şərhçisi” kateqoriyasında TEFI mükafatını qazandı.

Aut.az

Exit mobile version