AUT.AZ

Məhkəmədən xahiş etdi: O vaxta qədər buraxın, qaçmayacağam

“Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves məhkəmənin həbs cəzası ilə bağlı verdiyi apellyasiya şikayətinə baxılana qədər həbsdən azad olunacağı təqdirdə İspaniyanı tərk etməyəcəyini bildirib.

Aut.az xəbər verir ki, “EFE Noticias” “X” sosial şəbəkəsində Alvesdən sitat gətirir: “Mən qaçmayacağam, ədalətə inanıram”.

Xatırladaq ki, daha əvvəl Alvesin 2022-ci ilin sonunda baş vermiş təcavüz işində təqsirli bilinəndən sonra həbsxanadan müvəqqəti azad oluna biləcəyi barədə məlumat yayılmışdı. Bu gün, martın 19-da Alvesin müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətinə baxılması üçün dinləmə keçirilib. Dani 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl braziliyalının vəkili bu cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti vermişdi.

Aut.az

Exit mobile version