AUT.AZ

İtkin düşən idmançınım meyiti tapıldı

Dekabrın 30-dan 31-nə keçən gecə Rusiyanın Krasnoyarsk vilayətində itkin düşən basketbolçu Anton Petuxovun meyiti tapılıb.

Aut.az xəbər verir ki, bu barədə “İtkin düşmüş uşaqların axtarışı” təşkilatının mətbuat xidməti məlumat yayıb. 

Martın 19-da səhər saatlarında Emelyanovski rayonunun Çastostrovskoye kəndi yaxınlığında 20 yaşlı idmançının meyiti aşkar edilib. Polis bunun ilin son gecəsində yoxa çıxan basketbolçunun cəsədi olduğunu təsdiqləyib.

Petuxov CSKA-nın yetirməsidir. O, 2020-2023-cü illərdə ordu komandasında çıxış edib.

Exit mobile version