AUT.AZ

İnfarkt keçirən baş direktor öldü

“Fiorentina”nın baş direktoru Co Barone vəfat edib.

Aut.az xəbər verir ki, İtaliya klubu Baronenin martın 19-da Milanda xəstəxanada dünyasını dəyişdiyini bildirib.

Barone martın 17-də A Seriyasının 29-cu turunun “Atalanta” – “Fiorentina” matçından əvvəl infarkt keçirib və xəstəxanaya yerləşdirilib. Bu səbəbdən oyun təxirə salınıb.

“Bənövşəyilər”in baş direktorunun martın 20-də 58 yaşı tamam olmalı idi.

Barone 2019-cu ilin noyabrından “Fiorentina”da idi.

Aut.az

Exit mobile version