AUT.AZ

Daha bir ağır zədə: Məşqi göz yaşları içində tərk etdi

“Real”ın belçikalı qapıçısı Tibo Kurtua məşqdə zədələnib.

Aut.az xəbər verir ki, onun məşqi göz yaşları içində tərk etdiyi bildirilir. Qapıçıya menisk yırtığı diaqnozu qoyulub.

Xatırladaq ki, mövsümün əvvəlində 31 yaşlı futbolçu çarpaz bağından ciddi zədə almışdı. Əvvəlcə qapıçının bütün mövsümü buraxacağı bildirilirdi, lakin indiki sağalma tempi ilə o, 2023/24 mövsümünün sonuna qədər meydana qayıtmağı bacardı.

Aut.az

Exit mobile version