AUT.AZ

Çağırış etdi: Qol sevincinə görə sarı vərəqə verilməməlidir

“Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes qol sevinci zamanı sarı vərəqə göstərilməsinin əleyhinədir.

Aut.az xəbər verir ki, Bruno bu haqda  , “Liverpul”la İngiltərə kuboku matçında Amad Diallonun sarı vərəqə alması haqda danışarkən deyib. Amad qol vurduqdan sonra formasını çıxarıb və ikinci sarı vərəqə alaraq meydandan qovulub.

“Amad bu qola layiq idi, hər şeyi düzgün etdiyi üçün mükafatını aldı. Təəssüf ki, meydandan qovuldu, amma bu bayram anının, gəncliyin bir hissəsidir.

Bu andan həzz almaq lazımdır və düşünürəm ki, bu, futbolun dəyişməli olan qaydalarından biridir. Çünki hər bir oyunçu qolu qeyd etmək imkanına malik olmalıdır və əlbəttə ki, rəqibə münasibətdə bu anından həzz almalıdır”, – Fernandes “The Times” nəşrinə deyib.

Xatırladaq ki, martın 17-də “Mançester Yunayted” İngiltərə kubokunun 1/4 final mərhələsində “Liverpul”la qarşılaşıb. “Qırmızı şeytanlar” mersisaydlıları 4:3 hesabı ilə məğlub edib. Qələbə qolunu Amad Diallo vurub. Qol vurduqdan sonra “Mançester Yunayted”in cinah oyunçusu köynəyini çıxarıb azarkeşlərə göstərərək bayram edib, bundan sonra futbolçu ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Aut.az

Exit mobile version