AUT.AZ

Bu 3 nəfərlə döyüşmək istəyir

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Amerika promoşnunun himayəsi altında istədiyi üç rəqibin adlarını açıqlayıb.

Makqreqor 2021-ci ilin yayından, amerikalı Dastin Poare ilə döyüşdə ciddi zədələndikdən sonra döyüşməyib.

“Porenin keçən həftə sonu (Sent Denis üzərində) qələbə qazanması yaxşı haldır. Bu, dördüncü döyüşümüzü mümkün edir. Daha doğrusu, üçüncü əsl döyüş – ona gözəl son qoya bilək. Əlbəttə, mən Neyt Diazla trilogiya döyüşü keçirmək istərdim – biz həmin döyüşü Las-Veqasdakı stadion turnirinə saxlayırıq. Maykl Çandler  də bəli.  Düşünürəm ki, bu döyüş birinci olacaq”, – deyə Makqreqor Talk Sport MMA-ya müsahibəsində bildirib.

Konor Makqreqor 28 MMA döyüşü keçirib və 22 qələbə qazanıb.

Aut.az

Exit mobile version