AUT.AZ

“Bavariya” onunla bağlı yekun qərarını verdi

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix bu yay klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Florian Plettenberq məlumat yayıb.

Mənbənin sözlərinə görə, “pivəçilər” uyğun təklif gələrsə, yay transfer pəncərəsində Kimmixi satmağa hazırdır. Bundan əlavə, almaniyalı yarımmüdafiəçi də ayrılığın mümkünlüyünü istisna etmir və potensial təkliflərlə danışıqlara açıqdır.

Jurnalistin sözlərinə görə, Kimmix üçün 5 top klub mübarizə aparır: “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Real” və “Barselona”. Onlardan bəziləri artıq Kimmixlə əlaqə saxlayıb.

Plettenberq onu da qeyd edib ki, alman futbolçu “Mançester Yunayted”, “Çelsi” və PSJ-yə keçmək imkanını nəzərdən keçirmir.

Hazırda “Bavariya” Bundesliqada lider “Bayer” 10 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Bu mövsüm Kimmix 31 oyun keçirib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version