AUT.AZ

“Barselona” axtarışları dayandırdı: Onun getməsinə mane olacaqlar

“Barselona” yeni baş məşqçi axtarışlarını dayandırıb.

Aut.az xəbər verir ki, klub rəhbərliyi komandanın son nəticələrindən razıdır və məşqçi korpusunda dəyişiklik etmək üçün heç bir səbəb görmür. “Barsa” komandanın hazırkı baş məşqçisi Xavini getməsinə qarşıdır.

“Barselona”nın bossları hesab edir ki, komandanın performansının yaxşılaşması gənc mütəxəssisin istefa qərarına yenidən baxmağa məcbur edə bilər.

İspaniya mətbuatı qeyd iddia edir ki, Xavi həqiqətən də qala bilər. Ancaq bu, klub bir neçə şərt yerinə yetirdiyi təqdirdə baş verəcək.

“Barselona” 29 oyundan sonra 64 xalla La Liqa cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Real”dan 8 xal geri qalır.

Aut.az

Exit mobile version